Sürpriz kupon – 12.12.2025

Sürpriz kupon – 12.12.2025

Kasımpaşa – Gənclərbirliyi QOL/YOX

Türkiyə Superliqasında qeyri-stabil oyun sərgiləyən iki komanda üz-üzə gələcək. Altı əsas futbolçusunun xidmətindən məhrum olan “Gənclərbirliyi” səfərə itkilərlə yollanıb. Bərabər səviyyəli komandaların duelində alt2.5 seçimi real görünür. Digər tərəfdən ardıcıl 10 ev oyununda qələbəyə həsrət qalan “Kasımpaşa” uğursuzluq zolağından çıxa bilmir. Bu matçda “Kasımpaşa”nın qol vuracağına şübhəylə yanaşmaq olar.

Palermo – Sampdoriya QOL/QOL

B seriyasında uğursuz çıxış edən “Sampdoriya” liqanı tərk etmək təhlükəsiylə üzləşib. 15 oyunda 22 dəfə mərkəzə dəvət olunan qonaqların eyni zamanda maliyyə problemləri yaranıb. Cütün favoriti sayılan “Palermo” qələbəyə daha yaxın görünür. Artıq ciddi hədəfi olmayan qonaqların meydanda maksimum oyun nümayiş etdirəcəyinə ümid edirəm.

Adana Demirspor – Boluspor ÜST2.5

Meydan sahibləri bərbad oyunla liqanı tərk etməyə hazırlaşır. Birinci liqada 16 oyunda qapısında 67 qol izləyən Adana təmsilçisi futbolçularla bağlı ciddi problemi yaranıb. Klub məvacibləri vaxtında ödəyə bilmir. “Boluspor”da heyətlə bağlı çətinlik var. Əsas heyətin 8 futbolçusu “Adana Dəmirspor”la dueldə meydanda olmayacaq. Bu səbəbdən yarımhəvəskar kollektivlərin duelində məhsuldar nəticəyə mərc gəlmək real görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 12.12.2025

Növbəti yazı

“Qəbələ” – “Turan Tovuz” matçı 2026-cı ildə keçiriləcək