Sürpriz kupon – 12.12.2024

Sürpriz kupon – 12.12.2024

Elfsborg – Qarabağ – 2

Sərt iqlimə görə yaz-payız sistemi üzrə təşkil edilən İsveç çempionatı 1 aydır başa çatıb. Bu üzdən Elfsborg oyun praktikası baxımından çətinlik çəkir. Oyunçular həm optimal formada deyil, həm də tətil-istirahət ab-havasındadırlar. Qələbəyə böyük ehtiyacı olan Qarabağ isə bu vəziyyətdən istifadə edə bilər. Ağdam klubunun Skandinaviya təmsilçilərinə qarşı uğurlu oyunlar seriyasını da nəzərə alsaq, Qarabağın qələbəsinə güvənmək olar.

TNS – Panatinakos – 2

Uels təmsilçisi öz meydanında oynasa da, Panatinakosla heç bir parametrdə müqayisəyə gəlmir. Məncə, yunanlar meydandan 3 xalla ayrılacaq.

Şemrok Rovers – Borac Banja Luka – 2

İrlandiya klubu UEFA Konfrans Liqasında oynadığı 4 matçın heç birində uduzmayıb. Amma Bosniya və Herseqovina təmsilçisi ilə dueldə turnirdə ilk məğlubiyyəti alacaqlarını düşünürəm. Borac Banya Luka rəqibi ilə müqayisədə daha möhkəm komanda təsiri bağışlayır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 12.12.2024

Növbəti yazı

“Fənərbaxça” “Atletik”lə bacarmadı