Sürpriz kupon – 12.10.2025

Sürpriz kupon – 12.10.2025

Danimarka – Yunanıstan QOL/QOL

Yaxşı günlərini yaşamayan Yunanıstan seçməsi Kopenhagendə Danimarka millisinin qonağı olacaq. Meydan sahibləri adətən doğma stadionda o qədər inamlı çıxış etmir. Bu səbəbdən yunanların səfərdən heç-heçəylə qayıtmaq ehtimalı az deyil. Bu oyunda qol/qol seçimi üzərində dayanıram.

Litva – Polşa QOL/QOL

Polşa millisinə səfərdə qələbə çox vacibdi. Əks halda qonaqlar ikinci pillədəki yerini itirə bilər. Litva yığması rəsmi matçlarda heç vaxt polyaklara qalib gəlməyib. Evdə oynamasına baxmayaraq meydan sahiblərinin xal qazanacağına inanmıram. Lakin litvalılar ən azı 1 qol vuracaq.

Rumıniya – Avstriya ÜST3.5

Maksimum xal toplayan Avstriya yığması seçmə mərhələdə xal itirməyib. Ötən tur San Marino yığmasına 10-0 hesabıyla qalib gələn qonaqlar səfərdə bu turda da rahatlıqla 3 xala sahib çıxacaq. Bu oyunda məhsuldar nəticə gözləyirəm. İlk növbədə Avstriya yığmasının hazırda yaxşı formada olduğunu unutmayaq. Rumınlar da evdə oynadığına görə rəqib qapıçısını rahat nəfəs almağa imkan verməyəcək. Riskli olsa belə ÜST3.5 seçimi üzərindən mərc etməyi təklif edirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 12.10.2025

Növbəti yazı

Azərbaycan – Şotlandiya matçında qazaxıstanlı hakimlər