Sürpriz kupon – 12.09.2023
Malta – Şimali Makedoniya 2
Komandalar arasınsa keçirilmiş 7 oyundan yalnız birində heç-heçə qeydə alınıb. Digər matçlarda Şimali Makedoniya zəfər çalıb.
İtaliya ilə sensasiyalı heç-heçə də sözsüz ki, komandaya əlavə ruh yüksəliyi verib.
Norveç – Gürcüstan ÜST 2.5
Holand və Kvaratsxeliyanın komandalarının qarşılaşmasında aşkar favorit Norveçdi. İspaniya fiaskosuna rəğmən Gürcüstanın da hücum potensialı zəif deyil. Zənnimcə, bolqollu bir qarşılaşma izləyə bilərik.
Italiya – Ukrayna Fora: Ukrayna (2)
Italiya Şimali Makedoniyada sensasiyalı şəkildə 2 xal itirsə də, bukmekerlər bu matçda da onların qələbəsinə inanır. Amma qonaqlar da zəif olmadıqlarını hər oyunda sübut edirlər. Zədəlilər – Kyeza və Pelleqrinidən məhrum olan meydan sabiblərindən fərqli qələbə gözləmirəm.