Sürpriz kupon – 12.02.2025

Sürpriz kupon – 12.02.2025

Şeffild Yunayted – Midlsbro – cüt şans x2

Çempionşipdə 2ci sırada qərarlaşan Şeffild təmsilçisi premyer liqaya yüksəlməyə əsas namizədlərdəndir. Midlsbronun hədəfi isə minimum ilk “altılığ”a düşüb, premyer liqaya vəsiqə uğrunda pley-off matçları oynamaqdır. Turnir cədvəlinə görə oyunun favoriti ev sahibi sayılsa da, Midlsbronun bu oyunda azı 1 xal qazanacağını təxmin edirəm. Tərəflərin öz aralarındakı son 3 oyunda da Şeffild Yunayted bu komandaya qalib gələ bilməyib.

Monako – Benfika – 1ci hissə – Benfika

Benfika monakolular üçün tərs rəqiblərdən biridir. “Knyazlıq klubu” hələ Benfikanı avrokuboklarda məğlub edə bilməyib. Riskə gedərək ilk hissədə Lissabon təmsilçisinin qələbəsinə mərc etmək olar.

Seltik – Bayern Münhen – qol/qol

Bayern oyunun favoriti sayılsa da, Seltik çılğın fanatları qarşısında asan təslim olan deyil. Şotlandiya təmsilçisi azı 1 qol vura bilər.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 12.02.2025

Növbəti yazı

”Qarabağ”dan inamlı qələbə