Sürpriz kupon – 12.01.2024

Sürpriz kupon – 12.01.2024

İsveç – Estoniya 1-ci hissə 1,5 ÜST

Yoldaşlıq görüşü olsa da İsveçlilərin matça ciddi yanaşacağı qənaətindəyəm. İsveç millisinə yeni dəvət edilən gənclər özlərini sübut etməyə çalışacaqlar. Məncə İsveç Estoniyanı böyük hesabla məğlub edəcək və ilk hissədə rəqib qapısına ən azı 2 qol vuracaq.

Eybar – Rasinq 2
Turnir cədvəlində qonşuların dueli. Rasinq Santander rəqibini 1 xal qabaqlaylır. Qonaqların heyəti də daha keyfiyyətli futbolçulardan təşkil olunub. Məncə günün sürpriz nəticəsi Rasinqin qələbəsi olacaq. Əmsallar belə xarakterizə edir. Əslində isə bu heç də sürpriz olmayacaq.

Telstar – Yonq AZ Alkmaar 2

Təbii ki, əmsallar Telstarı favorit göstərir. Lakin, bu kuponda biz sürpriz axtarışındayıq. İlk 20 turda Telstardan 2 dəfə çox xal toplayan AZ Alkmaar gəncləri bu sürprizə qadirdir. Odur ki, süpriz kuponda bu riski gözə almağa dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 12.01.2024

Növbəti yazı

Traore “Napoli”nin hədəfində