Sürpriz kupon – 11.12.2024
Sürpriz kuponda sizə etopazın təklif etdiyi “Erkən Uduş” üstünlüyündən yararlanmaq fürsəti təklif edirəm. Seçdiyim hər 3 oyunda bu fürsətdən yararlanmaq olar. Qələbəsinə inandığınız komanda oyunun gedişində 2 top fərqi ilə irəli keçsə, nəticə nə olursa olsun mərc udmuş sayılır.
Yuventus – Mançester Siti 1
Heç də yaxşı günlərini yaşamayan “Siti” çətin “Yuventus” səfərinə gedir. “Yuventus” pley-off şansını saxlamaq üçün “Mançester Siti”ni məğlub etməyə çalışacaq. Məncə, günün sürpriz nəticələrindən biri bu oyunda qeydə alınacaq.
Borussiya Dortmund – Barselona 1
Hər iki komanda 5 oyunda 12 xal toplayıb və növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edib. Dortmundluların üstünlüyü doğma azarkeş amilidir. “Borussiya” Siqnal İduna Parkda istənilən rəqibə qalib gələ bilər.
Fənərbağça – Atletik Bilbao 1
Bəlkə də inanılmaz görünə bilər. Amma Mourinyonun komandası “Atletik Bilbao”ya qarşı favoritdir. İspaniya təmsilçisinin İstanbulda işi çox çətin olacaq. Son turda derbidə uduzan “Fənər” azarkeşi ilə “barışmaq” üçün mütləq qələbə qazanmalıdır.