Sürpriz kupon – 11.11.2024
Hobro IK – Hillerod Fodbold ÜST2.5
Danimarka çempionatında qonşu pillələrdə qərarlaşan rəqibləri bir-birindən 2 xal ayırır. Ardıcıl üç tur məğlub olan “Hobro” “Hillerod”la duellərdə müsbət statistikaya malikdir. Son beş oyunda iki qələbəyə sevinən meydan sahibləri üç görüşdə heç-heçəyə nail olub. Bu oyunda ÜST2.5 seçiminin az riskli olduğunu düşünürəm.
FC Kafr Qasim – Hapoel Kfar Saba QOL/QOL
Hər iki komanda stabil oyun nümayiş etdirmir. Meydan sahibləri qalib gəldikləri oyunlarda hücumda yaxşı təsir bağışlayır. Uduzduqları matçda isə müdafiədə çoxlu sayda səhvlərlə diqqəti cəlb edir. “Hapoel” səfərdə çox rahat mübarizəylə seçilir. Məhz bu amilə görə hər iki komandanın qol vuracağına inanıram.
Hapoel Umm Al-Fahm – Hapoel Afula 1-ci hissə ÜST1.5
İsrail çempionatının autsayderləri hərəyə 6 xal toplayıb və son iki pillədə məskunlaşıb. Hər iki komanda müdafiədə edilən səhvlərlə tənqid hədəfinə çevrilib. Meydan sahibləri 22, qonaqlar isə 27 dəfə mərkəzə dəvət olunub. Sürpriz kuponda riskli seçimi normal qəbul etmək lazımdır. İlk 45 dəqiqədə 2 qolun vurulması o qədər də çətin deyil.