Sürpriz kupon – 11.10.2025
İspaniya – Gürcüstan QOL/QOL
Seçmə mərhələnin maraqlı oyunlarından biri İspaniya-Gürcüstan arasında keçiriləcək. Lider olan meydan sahibləri qrupdakı mövqeyini itirməməyə çalışacaq. Rəsmi matçlarda heç vaxt ispanlarla bacarmayan gürcülərin səfərdən xalla qayıtması böyük nəticə sayılacaq. Məncə qol/qol ən real seçimdi. Son 8 matçda meydanı qolsuz tərk etməyən gürcülər ənənəsinə sadiq qalacaq.
Portuqaliya – İrlandiya ÜST2.5
Portuqaliya qrupun favoriti olduğunu təsdiqləyir. İki oyunda 6 xal toplayan Ronaldo və dostları evdə İrlandiyanı da üstələyərsə mundiala vəsiqə qazanmaq yolunda ciddi addım atacaq. Portuqaliyanın bu matçda inamlı qələbə qazanacağına mərci riskli hesab etmirəm. Fikrimcə ÜST2.5 seçimi riskli deyil.
Estoniya – İtaliya korner ÜST9.5
İtaliya yığması qrupda ikinci yeri qorumaq üçün mütləq səfərdə qələbə qazanmalıdı. Meydan sahiblərinin qol vuracağını düşünmək real deyil. Əksinə qonaqların əvvəlki turlarda yol verdiyi səhvləri bu dəfə təkrarlamayacağını düşünürəm. 4 turda 12 dəfə rəqib qapısını dəqiq nişan alan İtaliyanın estonlara çətin anlar yaşadacağına inanıram. Bu dəfə korner sayına görə mərc etməyi tövsiyyə edirəm.













