Sürpriz kupon – 11.08.2024
Sabah – Zirə 2,5 ALT
Hər iki komandanın ilk turdakı oyunu bol qollu keçib. Amma bu tur məhsuldar oyun gözləmirəm. Hər ikisi avrokubok səfərindən yorğun qayıdıb. 4 gün sonra da UEFA Konfrans Liqasında turu keçmək üçün ağır matça çıxacaqlar. Ona görə həm “Sabah”, həm də “Zirə”nin gücünü əsasən avrokubok oyununa saxlayacağını düşünürəm.
Samsunspor – Beşiktaş QOL/QOL
Hər iki komanda mövsümə qələbə ilə başlamağa çalışacaq. Beşiktaş Samsuna son səfərlərinin əksəriyyətində qapısında qol görüb, qarşılığını da verib. Fikrimcə, bu dəfəki dueldə də qarşılıqlı qollar olacaq.
Saarbrüken – Sandhauzen 2,5 ÜST
3-cü Bundesliqanın ilk turunda hər iki komanda 1:0 hesablı qələbə qazanıb. Bu tur onlardan məhsuldar oyun gözləyirəm.