Sürpriz kupon – 11.08.2022
Rapid – Neftçi QOL/QOL
Altı ildir bu mərhələdə evdə uduzmayan meydan sahibləri Bakıdakı məğlubiyyəti nəzərə alsaq dəridən-qabıqdan çıxacaqlar.
Bu isə həm də “Neftçi”yə fərqlənmək üçün imkanlar yaradacaq. Komandamızda bu imkanlardan istifadə edəcək potensialda və ustalıqda futbolçular var.
Amma “Neftçi”ni çox böyük təzyiq gözlədiyini də unutmayaq. Düşünürəm ki, Qol/Qol variantının gəlmək ehtimalı yetərincə böyükdür.
Partizan – AEK 1
“Partizan” Serbiya çempionatında mövsümə yaxşı başlamayıb.
Kiprdəki ilk oyunda da komanda hesabda önə keçsə də, daha sonra 2 qol buraxıb məğlub oldu.
AEK isə əksinə, əla formadadı və 5 oyundur səfər qarşılaşmalarında uduzmur.
Buna baxmayaraq, meydan sahiblərinin doğma azarkeşlərin də dəstəyi ilə qalib gəlib növbəti mərhələyə yüksələcəyini güman edirəm.
Aris – Makkabi Tel Aviv QOL/QOL
Israillər ilk oyunda yetərincə inamlı – 2:0 hesablı qələbə qazanıb.
Yunanıstan klubunun bu fərqi aradan götürmək üçün hüçüm etməkdən başqa variantı yoxdur. Yerli azarkeşlərin çılğın dəstəyi ilə irəli atılan meydan sahiblərinin belə də öz qapısında da qol görmək ehtimalı çoxalır.
Amma hər iki oyunda “Zirə”dən, bu cütün ilk qarşılaşmasında isə “Aris”dən qol buraxmayan qonaqlar da böyük təzyiq qarşısında “quru seriya”nı çətin qoruya bilsin.