Sürpriz kupon – 11.06.2025

Sürpriz kupon – 11.06.2025

İtaliya U21 – Rumıniya U21 Hər 2 hissədə qol vuracaq: İtaliya və Rumıniya ÜST 0.5

Matçın favoriti olan İtaliya son 10 oyunda qol vurur, Rumıniya isə son 13 matçda cəmi 2 dəfə meydanı qolsuz tərk edib. Rumınlar son 5 matçdan üçündə ardıcıllıqla Çernoqoriyaya 6:2, İsveçrəyə 3:1, AÇ 2025-in favoritlərindən Portuqaliyaya səfərdə 1:0 hesabı ilə qalib gəlib. “Beşiktaş”ın keçmiş forvardı Daniel Pankunun çalışdırdığı kollektiv daha sonra Niderlanda 0:2 hesabı ilə uduzub və son görüşdə AÇ-2025-in final mərhələsindən iştirak edəcək Gürcüstanı Avstriyada 1:0 hesabı ilə məğlub edib. Öz mərcimizi yaradaraq favorit İtaliyanın hər 2 hissədə qol vuracağına, Rumıniyanın isə oyun ərzində ən azı 1 dəfə fərqlənəcəyinə mərc edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 11.06.2025

Növbəti yazı

Son “Fənərbaxça”nın hədəfində