Sürpriz kupon – 11.06.2024
Cənubi Koreya – Çin 1-ci hissə 1.5 ÜST
Lider Cənubi Koreya millisi izləyicisi Çini 5 xal qabaqlayır. Son 7 ildə bütün oyunlarda Çini üstələyən Cənubi Koreya cütün favoritidir. Maraqlıdır ki, koreyalılar əksər hallarda fasiləyə qədər matçın taleyini həll edir. Məhz bu amili nəzərə alaraq ilk 45 dəqiqədə 2 qol vurulacağına inanıram.
Avstraliya – Fələstin YOX/QOL
Seçmə mərhələdə komandalar arasında 7 xallıq fərq var. Meydan sahiblərinin rahat qələbə qazanacağını düşünürəm. Fələstin indiyə qədər bu rəqibin qapısına yol tapmayıb. Fikrimcə bu oyunda da qonaqlar meydanı qolsuz tərk edəcək.
Moldova – Ukrayna 1-ci hissə X
Kişinyovda təşkil olunacaq yoldaşlıq görüşündə maraqlı mübarizə gözlənilir. Statistikaya əsasən Moldova heç vaxt Ukrayna üzərində qələbə qazana bilməyib. Meydan sahiblərinin ən yaxşı nəticəsi qolsuz bərabərlik olub. Sürpriz kuponda ilk hissənin nəticəsinə bərabərlik mərc etməyi təklif edirəm.