Sürpriz kupon – 11.02.2025
Sportinq – Borussia D. 2
Ruben Amorimin gedişindən sonra Sportinqdə eniş hiss olunur. Liqa mərhələsində son anda qalmağı bacaran Lissabonlular çətin ki, daha artığını bacarsın. Borussia Dortmudda isə məşqçi dəyişikliyi müsbət təsirini göstərib. Fikirləşirəm ki, Almaniya təmsilçisi elə ilk görüşdə qələbə qazana biləcək.
Portsmut – Kardiff Siti 1
4 turdur qələbəyə həsrət qalan Portsmut turnir cədvəlində ən yaxın qonşularından olan Kardiflə qarşılaşacaq. Portsmut evdə daha yaxşı oynayır. Təsadüfi deyil ki, bu mövsüm qazandıqları 7 qələbənin 6-na məhz dogma azarkeşlər önündə müvəffəq olublar. Kardiff Siti isə səfərdə cəmi 1 qələbə qazanıb. Portsmut üçün bu görüşdə qələbə turnir cədvəli baxımından da çox önəmlidir. Məncə onlar bunu bacaracaq.
Uotford – Lids 1
Çempionşipin lideri Lids 13 oyundur ki, uduzmur. Onlar sonuncu dəfə 2024-cü ilin noyabr ayında Blekbörnə uduzublar. Seriya qırılmalıdır. Bu, niyə də Uotfordla matçda olmasın? Çünki, Uotford da zəif rəqib deyil. Üstəlik, onlar ev komandası təsiri bağışlayır. Zənnimcə, Uotford sensasiyaya imza ata bilər.