Sürpriz kupon – 11.01.2026

Sürpriz kupon – 11.01.2026

Fiorentina – Milan ÜST2.5

Lider “İnter”dən 3 xal geri qalan rossonerilər hər turda maksimum xal toplamağa çalışır. Əks halda “Milan” mövqeyini itirə bilər. Autsayder “Fiorentina” isə A seriyasını tərk etmək təhlükəsiylə üzləşib. Ona görə “Milan”ın səfərdə rahatlıqla qələbə qazanacağını proqnozlaşdırmaq olmaz. Məhsuldar nəticəyə mərc etməyi daha real hesab edirəm.

Verona – Latsio 2

Autsayderlərdən uzaqlaşmağa çalışan “Verona” Neapolda “Napoli”yə qarşı matçda 2-2 oynamaqla diqqəti cəlb etdi. A seriyasında son 4 turda qələbə qazanmayan qonaqların uğursuzluğa son qoyacağını düşünürəm. Səfərdə “Verona” üzərində qələbə “Latsio” üçün çətin hədəf kimi görünmür.

İnter – Napoli ÜST2.5

20-ci turun mərkəzi görüşündə lider “İnter” hazırkı çempion “Napoli”ni qəbul edəcək. Maraqlıdır ki, Neapol təmsilçisi son dəfə İtaliya çempionatında səfərdə “İnter”i 2017-ci ildə məğlub edib. Neradzura son 3 matçda maksimum xal toplamaqla lideriyi qorumağı bacarıb. Aşkar autsayderin olmadığı dueldə məhsuldar nəticəyə mərc etməyi riskli hesab etmirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 11.01.2026

Növbəti yazı

17 yaşlı basketbolçu “Sumqayıt”da