Sürpriz kupon – 11.01.2025

Sürpriz kupon – 11.01.2025

Frayburq – Holştayn Kil 1

“Frayburq” rəqiblə müqayisədə daha da təcrübəli komandadır və rəqibi üzərində aşkar üstünlüyə malikdir. Qonaqlar müdafiədə ciddi problemlər yaşayır. 15 oyuna qapılarında 38 qol və turnir cədvəlində 18 komanda arasında 17-ci yerdədir. Fikrimcə, meydan sahibləri bundan maksimum istifadə etməyə çalışacaqlar.

Brest – Lion QOL/QOL

“Brest”in doğma amildən, “Lion”un isə hücum potensialından istifadə etməyə çalışacağı gərgin qarşılaşma gözlənilir. “Lion” son həftələrdə forması və yüksək keyfiyyətli oyunçuları sayəsində favorit kimi görünür. “Brest”in ev amilini və qonaqların hücum bacarığını nəzərə alsaq, ehtimal olunan nəticə yəqin ki, hər iki tərəfin fərqlənməsidir.

Udineze – Atalanta 2

“Atalanta” bu mövsüm olduqca yüksək performans göstərir. A Seriyasında 20 qol buraxaraq, 43 qol vuran, güclü hücuma və kifayət qədər möhkəm müdafiəyə malikdir. Qonaqların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, matçın aşkar favoritidir.

Mr. V

Əvvəlki yazı

Günün kuponu – 11.01.2025

Növbəti yazı

“Sumqayıt”ın məşqçilər bəlli oldu