Sürpriz kupon – 10.12.2024
Bayer Leverkuzen – İnter 1-ci hissə 1.5 ÜST
Ötən mövsüm rəqib tanımayan “Bayer” cari ildə Çempionlar Liqasında səviyyə fərqini başa düşür. 5 oyunda 3 qələbə qazanan Xabi Alonsonun komandası rəsmi matçlarda “İnter”dən xal almağı bacarmayıb. Almanların evdə uduzması çətin məsələdir. İlk 45 dəqiqədə komandalardan qol gözləyirəm.
Klub Brügge – Sportinq 2.5 ÜST
Portuqaliya təmsilçisi avrokuboklar daxil ardıcıl üç matçda məğlubiyyət acısı yaşayır. Ardıcıl 10 matçda uduzmayan Belçika klubu uğurlu seriyanı davam etdirmək niyyətindədir. Qol duyumu güclü olan bu komandaların mübarizəsində məhsuldar nəticə qeydə alınacağını fikirləşirəm.
Leypziq – Aston Villa 1-ci hissə 1.5 ÜST
Çempionlar Liqasında cari mövsümün uğursuzlarından biri “Leypziq”dir. Almanlar bütün matçlarda uduzmaqla xal qazana bilməyib. Bu oyun meydan sahibləri üçün 24 komanda sırasına düşmək uğrunda mübarizədə son şanslardan sayılır. Ona görə ilk hissədə qollar izləyəcəyimizə inanıram.