Sürpriz kupon – 10.10.2025

Sürpriz kupon – 10.10.2025

İslandiya – Ukrayna 2

Dünya çempionatının final mərhələsinə yüksəlmək şanslarını qorumaq üçün Ukraynaya qələbə lazımdı. İslandlar bu seçmə mərhələdə nə qədər yaxşı oynasalar da, qonaqların tapşırığın öhdəsindən gəlməyə potensialı var. Ukraynanın qələbəsinə mərc edirəm.

Belçika – Şimali Makedoniya 3.5 ÜST

Belçika son 3 oyunda Uelsi 4:3, Lixteynşteyn və Qazaxıstanı eyni hesabla – 6:0 məğlub edib.
Şimali Makedoniya da son matçda Lixteynşteyni udub – 5:0. Skopyedə makedonlarla gözlənilmədən heç-heçə oynayan belçikalılar bu qarşılaşmada rəqibinə çətin ki, xal versin. Amma daha cəlbedici əmsal qarşılaşmanın bol qollu keçəcəyinədi. Xüsusən meydan sahiblərinin hücum potensialını nəzərə apmaqla görüşdə ən azı 4 qol vurulacağını proqnozlaşdırıram.

İsveç – İsveçrə QOL/QOL

Son 5 oyunda qələbə qazanan İsveçrə bu qarşılaşmalarda 18 qol vurub. İsveçin hücum potensialı haqda danışmaq artıqdı – İsak və Gyökereş soyadlarını xatırlasaq bəs edər.
İsveç son 2 oyunda Sloveniya səfərindən 1 xal, Kosovadan əliboş dönsə də bu qarşılaşmada azarkeşlərinin dəstəyilə pərəstişkarlarını sevindirə bilər. Bu görüşdə mənə daha real görünən variant Qol/Qol-du.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 10.10.2025

Növbəti yazı

Didye Deşam: “Onların itirəcəyi heç nə yoxdur”