Sürpriz kupon – 10.09.2024
Çexiya – Ukrayna 2.5 ÜST
İlk turda zəif təsir bağışlayan komandalar 2-ci turda qələbə qazanmağa çalışacaq. Maraqlıdır ki, çexlər son 13 ildə Ukrayna yığması üzərində qələbə qazanmayıb. Çexlər ən yaxşı halda bərabərliyə sevinib. Müharibə şəraitində olmasına baxmayaraq qonaqların qələbə qazanacağına inanıram. Amma mərc həvəskarlarına 2.5 Üst seçimini sınamağa məsləhət görərdim.
İngiltərə – Finlandiya 1-ci hissə 1.5 ÜST
Avropa çempionatının finalçısı olan İngiltərənin rəqibə şans verməyəcəyini düşünürəm. Evdə ingilislər ilk hissədə duelin taleyini həll edə bilər. Buna görə də ilk hissədə 2 qolun vurulacağına inanıram.
Niderland – Almaniya 1-ci hissə 2.5 ÜST
Hər iki komanda ilk turda rəqib qapısına 5 qol vurub. Fikrimcə Millətlər Liqasında gecənin ən maraqlı oyunu kimi təqdim etmək olar. Daim rəqabət aparan iki ölkənin millisi 2-ci turda Niderlandda üz-üzə gələcək. Bu komandaların mübarizəsi əksər hallarda məhsuldar nəticə ilə diqqəti cəlb edir. Bu amilə əsasən risk olsa belə ilk 45 dəqiqədə 3 qolun vurulacağına mərc gəlirəm.