Sürpriz kupon – 10.08.2022

Sürpriz kupon – 10.08.2022

“Real Madrid” – “Ayntraxt” – 1

Ötən mövsümü möhtəşəm keçirən “Real” yeni sezona da titulla başlamağa çalışacaq. UEFA Superkuboku uğrunda matçda “Ayntraxt” a qalib gəlmək üçün “Kral Klubu”nun yetərincə potensialı var. Əgər oyunun taleyini əlavə vaxt və ya penaltilər seriyasına qədər daşımasalar.

“Plimut” – “Piterbro” – 2,5 ÜST

1-ci liqanın 2 klubu İngiltərə Liqa Kubokunun 1/64 finalında qarşılaşır. Cütün taleyi bir oyunla həll olunduğundan tərəflər qələbəyə oynayacaq. Bu komandaların öz aralarındakı əksər görüşlərində olduğu kimi bu dueldə 2,5 üst variantına güvənirəm.

“Blekbörn” – “Hartlpul” – 1

Çempionşip təmsilçisi “Blekbörn”ün özündən 2 liqa aşağıda çıxış edən “Hartlpul”a meydan verəcəyi inandırıcı görünmür. Məncə, oyun 1 qazandıran variantdır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 10.08.2022

Növbəti yazı

Alkantara zədələndi