Sürpriz kupon – 10.06.2024
Qvineya-Bisau – Misir – 2
Misir yımasının seçmə mərhələdə qrup lideri gözlənilən olsa da, Qvineya-Bisau komandasnın 2-ci pillədə yer alması sürpriz sayıla bilər. Məncə, bu tur Mohammed Salahın komandası qvineyalılara yerini göstərəcək. Əmsal da pis deyil -1,70.
Burkino Faso – Syerra Leone – QOL/QOL
Afrika komandalarının oyunlarında adətən çox qol olmur. Amma fikrimcə, bu matçda belə olmayacaq. Burkino Faso millisi son 4, Syerra Leone isə axırıncı 3 matçının hamısında qol vurub. Növbəti seçmə mərhələyə vəsiqə qazanmaq istəyən hər iki komanda üçün qələbə olduqca vacibdir. Məncə, bu oyunda qarşılıqlı qollar olacaq.
Qvineya – Mozambik QOL/QOL
Hər iki komandanın iştirakı ilə keçirilən son oyunlar məhsuldar alınıb. Həm yoldaşlıq, həm də rəsmi oyunlar. Hər iki komandanın hesabında 3 oyundan 6 xal var və qrupda ilk 2 yerdən birində möhkəmlənməyi hədəfləyiblər. Bu dueldə sonadək gərgin mübarizə gedəcəyini düşünürəm. Qollu heç-heçə variantı da ağlabatandır, amma daha az risk tələb edən qol\qola üstünlük verirəm.