Sürpriz kupon – 10.06.2023
Mançester Siti – İnter Milan Qol/Qol
Hər iki komandanın hücum potensialı bəllidi. Finallar adətən ehtiyatlı keçsə də, bu dəfə istisna olacağını düşünürəm. 18 il öncə İngiltərə və İtaliya təmsilçiləri – “Liverpul” və “Milan”ın İstanbulda ÇL-in çempionunu aydınlaşdıran mücadiləsi istisna olduğu kimi.
Kuritiba – Santos ALT 2.5
Dünya futboluna Peledən Neymara kimi bir çox meqaulduzları bəxş etmiş “Santos” yaxşı günlərini yaşamır.
“Kuritiba”nın durumu da qibtə olunası deyil. Təsadüfi deyil ki, bukmekerlər də komandalardan parlaq oyun və çox qol gözləmir.
Auda – Dauqavpils 1-ci hissə 1
“Auda” avrokubok xəyalları qurur. “Dauqavpils” isə çempionatın autsayderlərindəndi. Komandalar arasında keçirilmiş son 6 oyunda “Auda” qalib gəlib. Bu dəfə də istisna olmayacağını, meydan sahiblərinin elə ilk hissədə hesabda önə keçəcəyini proqnozlaşdırmaq olar.