Sürpriz kupon – 10.03.2023
“Qou Ehed İqlz” – “Valveyk” 2
Meydan sahibləri son 4 oyundan yalnız birində məğlub olmayıb. “Valveyk” isə əksinə, son 3 matçından yalnız birində PSV Eyndhovenə minimal hesabla uduzub, 2 dəfə isə qalib gəlib.
Qonaqlar daha yaxşı formadadı və onlardan qələbə gözləmək olar.
“Lill” – “Lion” QOL/QOL
Bu mövsümü komandaların aktivinə yazmaq olmaz. Amma Loran Blanın əvvəlki şöhrətini qaytarmaq istədiyi “Lion” sanki, bir qədər daha yaxşı performans sərgiləyir. Komandalar arasındakı şəxsi görüşlərdə “Lill”in 5 il davam edən məğlubiyyətsizlik seriyası da bu mövsüm qırılıb.
Qol/Qol variantını sınamaq olar.
“Köln” – “Bohum” 1
Hər iki komanda ağır dövrlərini yaşayır. Qonaqların durumu daha pisdi. “Bohum” Bundesliqanın autsayderidi və dalbadal məğlubiyyətlərlı üzləşir, qol da vura bilmir. “Köln”ün qələbəsi daha inandırıcıdı.