Sürpriz kupon – 10.02.2023
“Brügge” – “Royal Union” QOL/QOL
“Royal Union” turnir cədvəlində 2-ci, “Brügge” isə 4-cü yeri tutur. Ona görə də oyunun gərgin keçəcəyini proqnozlaşdırmaq olar.
“Brügge” son turda heç-heçə edib. “Royal Union” isə autsayderlərdən “Vareqem”in qapısından 4 cavabsız top keçirib.
Bu komandalar arasında son oyunda 2:2 hesabı qeydə alınıb. Güman edirəm ki, bu dəfə də hər iki tərəfin fərqlənməyə imkanı olacaq.
“Eypen” – “Mexelen” QOL/QOL
Komandalar turnir cədvəlində qonşudurlar. “Mexelen” 13-cü, “Eypen” isə 14-cü yeri tutur.
“Eypen” 6 oyundur qələbəyə həsrətdir. “Mexelen” də son 3 görüşdə qələbə qazana bilməyib.
Bu komandalar arasında son 5 oyunun dördü qol\qolla yekunlaşıb.
“Arminiya” – “Hanza” ÜST 2,5
Hər iki komanda II Bundesliqada qalmaq üçün çalışırlar. 21 xalı olan “Hanza” “Arminya”nı cəmi 1 xal qabaqlayır.
Bu komandalar arasında son 3 görüşdə ÜST 2,5 qeydə alınıb. Ümid edirəm ki. Bu dəfə də məhsuldar oyun izləyəcəyik.