Sürpriz kupon – 10.01.2026

Sürpriz kupon – 10.01.2026

FK Andorra – Kultural Leonesa – QOL/QOL

Sequndada qonşu sıralarda yer alan bu komandaların duelində heç-heçə variantına da mərc etmək olar. Amma qarşılıqlı qollar daha “sığortalı” variantdır. Statistika da rol oynayır. Tərəflərin öz aralarındakı 3 oyunun hamısında qarşılıqlı qollar olub.

PSV Eyndhoven – Ekzelsior – QOL/QOL

Ekzelsior bu mövsüm Erediviziyada 18 komanda arasında ən az qol vurandır. Amma riskə gedək. PSV-yə qarşı oynadığı son 4 dueldən 3-də qol vuran Rotterdam təmsilçisindən bu matçda da qol gözləyirəm.

Yunion Berlin – Mainz – QOL/QOL

Mainz bundesliqada son sıradan çıxmağa çalışır. Bavariya ilə də heç-heçə (2:2) oynayan komanda son 2 turda uduzmayıb. Yunion Berlin isə avrokuboklara vəsiqə qazanmağa can atır. Tərəflərin öz aralarındakı son 7 duelindən 6-da hər iki komanda qol vurub. Məncə, “ənənə” bu görüşdə də davam edəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 10.01.2026

Növbəti yazı

“Neftçi” “Kayrat”ı məğlub etdi