Sürpriz kupon – 09.12.2025
Sumqayıt – İmişli QOL/QOL
İlk dövrədə “İmişli”yə 3-0 hesabıyla qalib gələn gənclik şəhərinin təmsilçisi bu dəfə fərqli rəqibə qarşı mübarizə aparacaq. Portuqal məşqçinin rəhbərliyi altında “İmişli” inamlı təsir bağışlayır və əksər rəqiblərə problem yaratmağı bacarır. Qonaqların Sumqayıtdan xalsız qayıdacağına inanmıram. Bu oyunda qarşılıqlı qollar izləyəcəyimizi düşünürəm.
Atalanta – Çelsi ALT2.5
Eyni xala malik komandalara qələbə çox vacibdi. Zadəganların səfərdə açıq futbol oynayacağını düşünənlər az deyil. “Çelsi” mütləq şəkildə üstünlüyə sahib olmağa çalışacaq. Lakin “Atalanta” evdə əksər rəqiblərə müqavimət göstərməyi bacarıb. Riskli görünsə belə alt2.5 seçimi üzərində düşünməyi məsləhət görürəm.
İnter – Liverpul 1-ci hissə X
12 xal toplayan “neradzura” turnir cədvəlində 4-cü yerdədir. 4 qələbə qazanan İtaliya təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansları az deyil. Ona görə “İnter” evdə “Liverpul”dan xal və ya xallar almağı bacarmalıdı. Premyer Liqada son 2 matçda 1 xal qazanan “Liverpul” düşərgəsində vəziyyət qənaətbəxş deyil. İngilis mediasında məşqçiyə inamsızlıq barədə sərt yazılar diqqəti cəlb edir. Bu və digər səbəblərdən ilk 45 dəqiqədə X üzərindən mərc etmək daha real görünür.













