Sürpriz kupon – 09.10.2025
Kipr – Bosniya və Herseqovina – QOL/QOL
Ötən tur Avstriya yığmasına uduzan Bosniya və Herseqovina millisi Kiprlə görüşdə qələbəyə köklənib. Amma kiprlilər də öz meydanında asan təslim olan deyil. Məncə, qarşılıqlı qollar daha real variant kimi görünür.
Avstriya – San Marino – 5,5 ÜST
Bosniya və Herseqovina millisi ilə qrup liderliyi uğrunda mübarizə aparan Avstriya bacardıqca böyük hesablı qələbə lazımdır. San Marino bu baxımdan münasib rəqibdir. Avsrtiyalılar bu matçda azı 6 qol vurmaq gücündədir.
Çexiya – Xorvatiya – QOL/QOL
Bu komandaların dueli qrupun yeganə liderini müəyyənləşdirilməlidir. Heç-heçə olacağı təqdirdə isə yenə eyni xalla seçmə mərhələdə yollarına davam edəcəklər. Turnir cədvəlində ən yaxın rəqibi 6 xal qabaqladıqlarından bir qədər rahat görünürlər. Daha çox heç-heçə vəd edən bu görüşdə qarşılıqlı qollar vurulacağını təxmin edirəm. Tərəflərin öz aralarındakı son 4 duelində olduğu kimi.












