Sürpriz kupon – 09.10.2023

Sürpriz kupon – 09.10.2023

“Helsingor” – “Vendsyssel” 2
Etopaz Danimarka Birinci Liqasına mərc gəlməyi təklif edir. Hər iki komanda ikinci altılıqda qərarlaşıb. Meydan sahibləri son dəfə bu komandanı iki il əvvəl məğlub edib. Fikrimcə bu dəfə də qonaqlar sevinəcək.

“Dibba Əl Hisn” – “Əl Cəzirə Əl Həmra” 1
Birləşmiş Ərəb Əmirliklərinin birinci divizionunda maraqlı oyunları təqdim edirik. Qonşu pillələrdə qərarlaşan komandaları bir-birindən 1 xal ayırır. Maraqlıdır ki, son 10 ildə qonaqlar bu rəqibi məğlub edə bilməyib.

“Əl-Arabi” – “Əl Həmriyah” birinci hissə\nəticə Əl Arabi\Əl Arabi
Meydan sahibləri liderdən 4 xal geri qalır. 4 matçda 8 xal toplamadıqları oyunda 10 qola sevinib. “Əl Arabi” son dəfə bu komandanı 20 ay əvvəl məğlub edib. Bununla belə risk edərək “Əl Arabi”nin qələbəsini seçirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 09.10.2023

Növbəti yazı

“Milan” Jirunu qapıçılar siyahısına əlavə etdi