Sürpriz kupon – 09.09.2023

Sürpriz kupon – 09.09.2023

Kosovo – İsveçrə – 1-ci hissə künc zərbələri – İsveçrə

4 oyundan 10 xalla seçmə mərhələdə qrup lideri olan İsveçrə bu oyunun favoriti sayılır. İsveçrə millisində bir neçə kosovolı oyunçu forma geyindiyindən qarşılaşmanın bir prinsipiallığı bir qədər də artıb. Kosovonın asan təslim olmayacağını düşündüyümdən İsveçrənin qələbəsinə mərc etməyi riskli sayıram. Amma əksər oyun komponentlərində, o cümlədən kornerlərin sayında İsveçrənin üstün olacağını düşünürəm.

Azərbaycan-Belçika – 30-cu dəqiqəyə kimi qol – xeyr

3 oyunda qapısından 10 top buraxan Azərbaycan millisinin müdafiə xətti o qədər də etibarlı deyil. Amma Belçika matçında bizimkilərdən “xoş sürpriz” gözləyirəm. Güman edirəm ki, komandamızın fədakar müdafiə olunması sayəsində 30-cu dəqiqəyədək qarşılaşmada hesab açılmayacaq. Bizim hücumçulardan isə bu oyunda qol gözləmək çətin məsələdir.

Estoniya – İsveç – 1-ci hissə künc zərbələri  – İsveç Oyun 2 variantına da mərc etmək olar. Amma 1,34 əmsalla nisbətdə 1, 43 daha yüksək  olduğundan 1-ci hissədəki kornerlərin sayına mərc etməyə üstünlük verdim. Fikrimcə, İsveç bu göstəricidə estonları üstələyəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 09.09.2023

Növbəti yazı

Tsitsipas “Top-5”də