Sürpriz kupon – 09.07.2025
Şelborn – Linfild 2 və 3,5 ÜST
Sürpriz kuponda sizə cəmi 1 oyun və iki variant təklif edirəm. İrlandiya çempionu Şelborn hazırda heç də yaxşı vəziyyətdə deyil. Ötən ilki komandadan əsar əlamət qalmayıb. Təsadüfi deyil ki, onlar öz liqalarında hazırda 5-ci pillədə qarar tutublar və lider Şemrokdan nə az, nə çox düz 14 xal geri qalırlar. Linfild isə Şimal İrlandiya liqasının aşkar favoritidir. Həm də Linfild daha təcrübəli avrokubok komandasıdır. Düşünürəm ki, bu cütdə məhz Linfild qalıb gəlib, Qarabağa rəqib olacaq. Şimali irlandiyalıların elə səfərdə oynasalar da ilk oyunda qələbə qazanacağını ehtimal edirəm. Üstəlik, bizi qollu oyun gözlədiyi də düşünürəm. Fikrimcə, bu qarşılaşmada azı 4 qol vurulacaq. Sürpriz kupon olduğunu nəzərə alaraq, risk etməyə dəyər.












