Sürpriz kupon – 09.06.2025

Sürpriz kupon – 09.06.2025

Qazaxıstan – Şm. Makedoniya 1, 2,5 ÜST, kornerlər cəmi 8 ÜST

Sürpriz kuponda sizə Qazaxıstan – Şimali Makdedoniya oyununu təklif edirəm. Məncə gecənin sürprizi Astanada qeydə alına bilər. Astana Arenada Qazaxıstan futbolçuları istənilən rəqibə başağırısı ola bilər. Qrupun favoritlərindən olmayan makedoniyalılarla görüş Əli Əliyevin yetirmələri üçün əla fürsətdir. Məncə Qazaxıstan seçməsi 3 xala qazana bilər. Digər tərəfdən qarşılaşmanın bol qollu keçəcəyini ehtimal edirəm. Bu oyunda azı 3 qol vurulacaq. 3-cü ehtimal kimi isə sizə kornerlər cəminə mərc tövsiyə edirəm. İnanıram ki, azı 8 künc zərəbəsi olacaq.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 09.06.2025

Növbəti yazı

Fransa Millətlər Liqasında 3-cü oldu