Günün kuponu – 09.02.2025
Şamaxı – Sumqayıt ALT2.5
Sürprizlərlə zəngin Azərbaycan çempionatında Şamaxının eyni adlı komandası gənclik şəhərinin təmsilçisini qəbul edəcək. 2025-ci ildə qələbəyə həsrət qalan Şamaxı klubu bu həftə özünə gəlməyə çalışacaq. Vaqif Cavadovun komandası son üç matçda qolsuz bərabərliyə razılaşıb. Bu dəfə də “Sumqayıt”ın risk edəcəyinə inanmıram. “Sumqayıt” daha çox nəticə üçün mübarizə aparacaq.
Sabah – Turan QOL/QOL
2025-ci ildə iki heç-heçəyə sevinən Bakı təmsilçisi ümidləri doğrultmur. Paytaxtda “Turan”la oyunun heç də asan olmayacağını fikirləşirəm. Son iki ildə Tovuz klubunu məğlub etməyən Berezutskinin komandası üçün qələbə çox vacibdir. Əks halda “Sabah” rəhbərliyi növbəti dəfə məşqçi dəyişikliyini müzakirə etməli olacaq. Bu oyunda komandaların ən azı 1 qol vuracağına inanıram.
Alanyaspor – Fənərbağça 2
Lider “Qalatasaray”dan 6 xal geri qalan Joze Mourinyonun komandası superliqanın ən məhsuldar komandası sayılır. Ardıcıl üç oyun qələbə qazanan Alanya komandası evdəki oyunda 1 xal qazanmağa çalışacaq. 2025-ci ildə uduzmayan “Fənər”in sürprizə imkan verəcəyini düşünmürəm.