“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 09.02.2023
“Nea Salamis” – “Anortosis” – 2
Son 6 matçın hamısında qələbə qazanan “Nea Salamis” turnir cədvəlində “Anortosis”dən 4 pillə yuxarıda – 5-ci sırada qərarlaşıb. Kipr çempionatının reqlamentinə görə martdan ilk “altılıq”da olan komandalar medallar uğrunda ayrıca mübarizə aparacaq. Ölkənin tarixi klublarından olan “Anortosis” isə hazırda 9-cu yerdədir və qarşıdakı 6 turda mütləq ilk “altılıq” a düşməlidir. Qələbə onlar üçün çox vacibdir, ona görə matçın favoriti sayılan meydan sahibinin deyil, qonaq komandanın qalib gələcəyini təxmin edirəm.
AEK – “Olimpiakos” – ən çox qol vurulan hissə – 2-ci hissə
Bu komandaların AEK-in meydanında baş tutan son 3 matçda qapılara ümumilikdə 16 qol vurulub. Etiraf edək ki, Yunanıstan futbolu üçün heyrətamiz nəticədir. Bu kubok matçının da bol qollu olacağını dümünürəm. Daha çox qolun isə 2-ci hissədə vurulacağını təxmin edirəm.
“Makasar” – “Barito Putera” – 2,5 ÜST
“İndoneziya liqasıdır”, deyib, keçməyin. Məhsuldar oyunlarla zəngin bir çempionatdır. Bu komandaların top balansına baxanda da, 2,5 üst variantına daha çox güvənirsən.