Sürpriz kupon – 09.01.2025

Sürpriz kupon – 09.01.2025

Al Fateh – Al Wehda QOL/QOL
Səudiyyə Ərəbistanında Peşəkar Liqanın 14-cü turuna start verilib. Autsayderlər qrupunda qərarlaşan komandalar “Al Fateh” stadionunda üz-üzə gələcək. Hər iki komandada heyətlə bağlı ciddi problemin olduğu məlumdur. Qapısında ən çox qol izləyən iki kollektivin duelində məhsuldar nəticənin qeydə alınacağına inanıram.

Al Riyadh – Al Khaleej QOL/QOL
Ötən iki turda qələbəyə həsrət olan “Al Khaleej” meydan sahibləri üçün uğursuz rəqib sayılır. Adətən “Al Riyadh”ın oyunu bu komandaya qarşı alınmır. Meydan sahiblərini favorit hesab etməyimə baxmayaraq onların qələbəsinə mərc gəlməyi riskli sayıram. Ona görə qol/qol seçimini məsləhət görərdim.

Al Nassr – Al Akhdoud 1-ci qələbə və QOL/QOL
Kriştiano Ronaldonun şərəfini qoruduğu “Al Nassr” heyəti gücləndirməsə birincilik uğrunda mübarizə aparmaq çətin olacaq. Ötən tur lider “Al İttihad”a uduzan “Al Nəssr” evdə heç vaxt məğlub olmadığı rəqiblə qarşılaşacaq. Liderlik uğrunda mübarizədən uzaqlaşmamaq üçün Ronaldo və komandası 3 xal qazanmalıdır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 09.01.2025

Növbəti yazı

“Sumqayıt”dan Cavadov qərarı