Sürpriz kupon – 08.10.2025
Liviya – Kabo Verde 2
50 il öncə müstəqilliyə qovuşmuş Kabo Verde ilk dəfə 2002-ci ilin dünya çempionatının seçmə mərhələsində iştirak edib. Və budur 500.000 əhalisi olan ölkə mundiala vəsiqənin 1 addımlığındadı. Bunun üçün Kabo Verdeyə qarşıdakı 2 matçda 1 qələbə lazımdı.
Zənnimcə, Leandro Andradenin yoldaşları bu vəzifənin öhdəsindən elə Liviyada gəlib tarixi uğura imza atacaq.
Syerra Leone – Burkino Faso QOL/QOL
Dünya çempionatının Afrika üzrə seçmə mərhələsində sona 2 tur qalmış hər iki komandanın mundiala düşmək şansı var.
Qonaqların heyəti daha keyfiyyətli futbolçulardan qurulub və bu məqam ölüm-dirim mübarizəsində həlledici ola bilər. Amma 1 məqam da var ki, Syerra Leone evdə oynayır və azarkeşlərin fantastik dəstəyilə başından yuxarı tullanmağa çalışacaq.
Gərgin mübarizə şəraitində keçəcək oyundan qarşılıqlı qollar gözləyirəm.
Komor – Madaqaskar 1
Kiçik ada dövləti 20 ildir ki, dünya çempionatının seçmə mərhələsində iştirak edir. Amma Komor böyük sensasiyaya imza atıb mundiala gedə bilər.
Bunun üçün son 2 oyunda qalib gəldiyi Madaqaskarı sabah məğlub etməli və son turda uğurlu nəticəyə ümid etməlidi.
Süpriz kuponda meydan sahiblərinin ən azı ilk hədəfə çatacaqlarına mərc edirəm.












