Sürpriz kupon – 08.08.2024

Sürpriz kupon – 08.08.2024

Sent Patriks – Sabah 2

İrlandiya təmsilçisi əvvəlki mərhələdə Lixtenşteynin “Vaduts” komandasını mübarizədən kənarlaşdırsa da (2:2, 3:1) 2 matçda qapısından 3 qol buraxıb. “Sabah”ın belə müdafiəsi olan rəqibə qalib gəlməsində problem olmamalıdır. Azərbaycan klubu hər baxımdan “Sent Patriks”dən güclüdür. Məncə, elə səfərdəki oyunda plye-offa vəsiqənin taelyinə böyük ölçüdə aydınlıq gələcək.

Braqa – Servett 2,5 ÜST

Hücum potensialı yüksək 2 komandanın dueli. Avrokuboklarda bu mövsüm ilk oyununa çıxacaq “Sevett” yeni start götürmüş İsveçrə Superliqasının arxada qalan 4 turunda ümumilikdə 9 qol vurub. “Braqa” isə UEFA Avropa Liqasında bundan əvvəlki mərhələdə “Makkabi Petah-Tıkva”ya 2 oyunda 7 cavabsız qol vurub. Məncə, 2,5 Üst uyğun variantdır.

Çelye – Şemrok Rovers 1

UEFA Çempionlar Liqasında uğurusuzluq yaşamış rəqiblərin duelində Sloveniya təmsilçisini favorit görürəm. Məncə, İrlandiya klubu səfərdə məğlub olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 08.08.2024

Növbəti yazı

Taekvondoçumuz yarımfinala vəsiqə qazandı