Sürpriz kupon – 08.08.2022

Sürpriz kupon – 08.08.2022

“Kremonese” – “Ternana” QOL/QOL
B seriyasında təmsil olunan klublar indi kubok matçında üz-üzə gələcək. Statistikaya əsasən bu klubların duelləri əksər hallarda ÜST2.5 seçimini təsdiqləyir. Ona görə qol\qol təxminini üstün hesab edirəm.

“Vest Brom” – “Uotford” QOL/QOL
İngiltərə Çempionşipində 2-ci tura start verilib. Qonaqlar ilk görüşdə qələbə qazanıb. “Vest Brom” ilk görüşdə 1 xalla kifayətlənib. Heyətə görə “Vest Brom” rəqibdən üstün hesab edilir. Bununla belə təxminən bərabər səviyyəli klubların duelidir.

“Silkeborq” – “Olborq” 1
Mövsümə uğursuz başlayan “Olborq” ilk 3 turda 1 xal qazanıb. 7 xalla lideri izləyən “Silkeborq” yaxşı hücum xəttinə malikdir. Doğma meydanda “Olborq”dan güclü sayılan “Silkeborq” favorit olduğunu sübut edəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 08.08.2022

Növbəti yazı

“Neftçi” və “Sabah”dan qələbə