Sürpriz kupon – 08.07.2023

Sürpriz kupon – 08.07.2023

“Qamba Osaka” – “Kyoto” – 1-ci korner – “Qamba Osaka”

Hər iki komanda J liqada autsayderlər qrupunun yaxınlığında qərarlaşıb. “Qamba Osaka” son turlarda yaxşı “sürət” yığıb. 5 oyundan 4-nü qazanıb, birində isə heç-heçə oynayıb. “Doğma divarlar” amilindən isitifadə edib matça pressinqlə başlayacaqlarını və oyunda ilk künc zərbəsini qazanacaqlarını düşünürəm.

İngiltərə (U-21) – İspaniya (U-21) – oyun cüt şans 1x

21 yaşınadək futbolçuların Avropa çempionatında hər iki komanda möhtəşəm oyunla finala qədər gəlib. Bukmekerler finalda İspaniyaya cüzi üstünlük versələr də, məncə, keçirdiyi 5 oyunun hamısında qalib gələn, bu matçlarda bir qol belə buraxmayıb, 10 top vuran ingilis gəncləri həlledici qarşılaşmada da uduzmayacaq. Ən azı oyunun əsas vaxtında.

“Şanxay Port” – “Dalian Pro” – 2-ci hissə – “Şanxay Port”

Çin superliqasının lideri ıən sonuncu pillədə qərarlaşan komandanı qəbul edir. İlk hissədə hesabın necə olcağını qoyaq kənara, təkcə 2-ci hissənin nəticəsinə görə məncə, Şanxay klubu üstün olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 08.07.2023

Növbəti yazı

Arturun taleyinə aydınlıq gəldi