Sürpriz kupon – 08.05.2022

Sürpriz kupon – 08.05.2022

“Leypsiq” – “Auqsburq” 1

Avroliqanın yarımfinalında “Reyncers”ə uduzaraq mübarizəni dayandıran “Leypsiq” bütün gücünü bundesliqaya yönəldib. Hazırda 5-ci pillədə yer alan komandanın əsas məqsədi mövsümü ÇL-ə vəsiqə verən ilk “dördlük”də başa vurmaqdır. 14-cü pillədə qərarlaşan “Auqsburq” üçün isə artıq mövsümün qalan oyunları formal xarakter daşıyır. Elə buna görə qələbəyə daha çox ehtiyacı olan tərəfin – “Leypsiq”in qalib gələcəyini düşünürəm.

“Vitess” – “Herenven” QOL/QOL

6-cı sıradakı “Vitess” 31 oyunda 14 qələbə qazanıb, 5 heç-heçə edib, 12 dəfə məğlub olub. Turnirdə hər oyuna orta hesabla 1,2 qol vurur 1,5 qol buraxır.
Rəqibi “Herenven” 10-cu pillədədir. Bir oyuna orta hesabla vurduğu qolun faizi 1,0 buraxdığı qolların faizi 1,4-dir. “Vitess” bu rəqibi ilə son 9 ev oyunun 6-da heç-heçə edib.”Herenven”in iştirakı ilə son 4 oyunda hər iki komanda qol vurur. Bunları nəzərə alıb qol-qol variantının üzərində dayanıram.

“Spesiya” – “Atalanta” 2,5 ÜST

“Spesiya” son turda hakim səhvi üzündən “Latsio”ya (3:4) uduzsa da, xoş təsir bağışladılar. Mottanın yetirmələri 16-cı yerdə qərarlaşsa da, A seriyasını tərk etmək təhlükəsi yoxdur. Hücumda məhsuldar oynamaqla seçilirlər. “Atalanta” isə yavaş-yavaş “sönmək” üzrədir. Bu il Avroliqaya düşmək çətin olacaq. Ev oyununda “Spesiya”ya 2 top vurmağı bacarmışdı. Güman edirəm ki, bu dəfə görüş daha məhsuldar keçəcək. 2,5 üst variantına güvənirəm.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 08.05.2022

Növbəti yazı

21 ildən sonra titul