Sürpriz kupon – 08.02.2025
Borussiya Dortmund – Ştutqart QOL/QOL
İlk dövrədə “Ştutqart” “Borussiya”nı darmadağın ( 5:1 ) etmişdi. Bu görüşdə isə kimin qalib gələcəyini təxmin etmək biraz çətindir. Ona görə ki, ev sahibləri son zamanlar çətin günlər yaşayır. Hər iki komandanın hücum potensialını və müdafiədəki zəif cəhətlərini nəzərə alsaq, qarşılıqlı qollar və böyük hesablı nəticə ehtimalı yüksəkdir.
Maqdeburq – Nürnberq 1
Ev sahibləri Bundesliqa 2-də liderlərdən sayılır. Son 6 görüşdə rəqib qapılarından 22 qol keçirib. Mükəmməl göstəricidir. Bütün bu amillərə nəzər salsaq, “Maqdeburq” daha güclü komanda kimi görünür. Doğma meydan amili də burada 3 xal almaq şansını artırır.
Maynz – Auqsburq 1
Liqada mövqeyini ilk altılıqda möhkəmləndirmək istəyən ev sahibləri bu oyundan qələbə ilə ayrılmaq istəyir. “Maynz” doğma meydanda çox yaxşı təsir bağışlayır. Hətta, bir neçə tur öncə “Bayern”, “Borussiya” kimi güclüləri məğlub etməyi bacarıb. Məncə, bu dəfə də evdəki üstünlüyündən yararlanmağa çalışacaq.