Sürpriz kupon – 08.01.2026
Al Nassr – Al Qadsiah
İstənilən vaxt qol vuracaq və 1X2: Kriştiano Ronaldo və 1
Çempionata 10 oyunda 10 qələbə ilə start verən “Al Nassr” son 2 turda 5 xal itirib. “Al Qadsiah” isə son 2 matçını qələbə ilə bitirib.
“Al Nassr” indi “Al Hilal”dan 1 xal geri qalır və 2-ci pillədədi. Rəqiblər arasında son 3 qarşılaşma “Al Qadsiah”ın qələbəsi ilə bitib.
Hər şeyə rəğmən Kriştiano Ronaldonun liderliyi üzərinə götürüb komandasını arxasınca aparacağını və meydan sahiblərinin 3 xal qazanacağını düşünürəm.
Kremoneze – Kalyari YOX/QOL
“Kremoneze” 4 oyundur qol vurmur. Kremonelilərin son 5 matçı Alt 2.5 və Yox/Qol gəlib. Komandalar arasında son 8 görüşdən 7-sində Yox/Qol qeydə alınıb. Bütün bunlardan sonra Yox/Qol variantı başqa mərclərdən daha ağlabatan görünür.
Atletiko Madrid – Real Madrid X2 və QOL/QOL
Madrid derbisi bu dəfə Ciddədə baş tutacaq. İspaniya Superkubokunun yarımfinalına “kral klubu” böyük ehtimalla zədəli Killian Mbappesiz çıxacaq. Komandalar arasında sentyabrda keçirilmiş son matç “Real Madrid”in rüsvayçı məğlubiyyəti ilə bitib – 2:5. Amma yeni ildə ilk oyununda “Betis”i 5:1 hesabı ilə darmadağın edən Xabi Alonsonun yetirmələri hazırda əla formadadı.
Zənnimcə, azarkeşlər qarşılıqlı qollar izləyəcək və “Real Madrid” ən azı məğlub olmayacaq.










