Sürpriz kupon – 08.01.2023

Sürpriz kupon – 08.01.2023

“Almeriya” – “Real”Sos – 2

Səkkiz ildir ki bu komandalar bir biri ilə qarşılaşmır. Yenidən “Almeriya” La-liqaya qayıdıb. “Real” səfərdə bir dəfə belə ev sahibi üzərində qələbə qazana bilməyib. Amma bu çempionatda vəziyyət tam fərqlidir. “Real” La-liqada çempionluq uğrunda mübarizəyə girişib. “Almeriya”nın cəmi 5 qələbəsi var və hamısı evdə. Bunların hamısından belə qənaətə gəlmək olar ki, “Real” növbəti qələbəni qazanıb liderləri izləməkdə davam edəcək.

“Kardiff” – “Lids” – 1

İngiltərə kubokunun 3-cü raundunun qarşılaşmaları keçirilir. Ev sahibi premyer-liqanın təmsilçisi “Lids”i qəbul edir. İmkanlı sponsorları olan “Kardiff” yenidən premyer-liqaya qayıda bilmir. Qonaqlara gəlincə heçdə işləri yaxşı getmir. Məşqçi bu kubok oyununda risqə gedib əsas heyəti buraxmaz. Primyer təcrübəsi görmüş “Kardiff”isə belə fürsəti əldən qaçırmaz. Ev sahibinin bu oyunda çətin qələbəsi ehtimal olunur.

“Milan” – “Roma” – 1

Bu qarşılaşmaya proqnoz vermək üçün bəzi göstəricilərə diqqət yetirmək lazımdır. Lider “Napoli”ni təqib edən “Milan” yaxşı oyun sərgiləyir. 16 oyun 11 qələbə 3 heç-heçə 2 məğlubiyyət və 36 xalla 2-ci pillədə yerləşir. Qonaq “Roma”yavaş-yavaş xallarını yığmağa çalışır. 16 oyun 9 qələbə 3 heç-heçə 4 məğlubiyyət və 30 xalla 6 yerdədir. “Milan”ın cəmi evdə 1 məğlubiyyəti var. Oyunun favoriti olan “Milan” ehtimal olunan qələbəni qazanacaq.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 08.01.2023

Növbəti yazı

120 milyonluq təklif