Sürpriz kupon – 07.12.2025

Sürpriz kupon – 07.12.2025

Elçe – Jirona – 1-ci hissə – 2

11-ci sırada yer alan Elçe qeyri-sabit çıxışı ilə diqqət çəkir. 18-ci yerdə olan Jirona isə autsayderlər qrupundan çıxmağa çalışır. Elçeye qarşı son 3 səfər matçının 2-sində qalib gəlib, birində heç-heçə oynayan Jironadan bu qarşılaşmada da sürpriz gözləmək olar. Risk də olsa, ilk hissədə qonaq komandanın qələbəsinə – 3,55 əmsala mərc edirəm.

Borrusiya Dortmund – Hoffenhaym – 1-ci hissə cüt şans 12

Bol qol gözlədiyim oyundur. “Günün kuponu”nda bu görüşlə bağlı fikrimi bildirmisem. Məncə, ilk yarı tərəflərdən birinin hesabda üstünlüyü ilə bitəcək.

Brayton – Vest Hem – QOL/QOL

Premyer liqada “düşmə zonası”ndan çıxmağa çalışan Vest Hem son 5 oyundan yalnız birində uduzub. Ötən tur Aston Villaya uduzan Brayton isə növbəti xal itkisinə yol verməməyə çalışacaq. Tərəflərin son 4 duelindən 3-də qarşılıqlı qollar qeydə alınıb. Bu oyunda da hər iki komandanın qol vuracağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 07.12.2025

Növbəti yazı

Zirədə qollu bərabərlik