Sürpriz kupon – 07.12.2024
Real Betis – Barselona 2
“Barselona” bir neçə uğursuzluqdan sonra nəhayət ki, özünə gəldi. Son turda əla oyun göstərərək, səfərdə “Malyorka”ya 1:5 hesabı ilə qalib gəldi. “Barselona”da matçın nəticəsini hər an həll edə biləcək futbolçular var və “Betis”i müdafiədə çətin vəzifə gözləyir. Fikrimcə, 3 xalın sahibi katalonlar olacaq.
Hannover – Ulm 1
Son 4 turdur ki, ev sahibləri qələbəyə həsrətdir. Artıq qara zolaqdan çıxmaq vaxtı gəlib. Qonaqlar turnir cədvəlinin autsayderi, “Hannover” isə 23 xalla lideridir. Meydan sahibləri doğma azarkeşlər önündə yəqin ki, bu fürsəti qaçırmayacaq.
Aston Villa – Sauthempton 1
“Aston Villa” son vaxtlar qeyri-sabit nəticələr göstərir və xal qazanmaqda problem yaşayır.
Son 7 turda, cəmi 1 (son turda “Brentford”) qələbəsi var. Amma bu matçın açıq-aşkar favoritidir. Emerinin yetirmələri yuxarı pillələrə “dırmaşmaq” üçün yəqin ki, bu oyunda qalib gələcək.