Sürpriz kupon – 07.11.2025
Gənclərbirliyi – İstanbul Başakşəhər 2
Səfərdə “Beşiktaş” üzərində qələbədən sonra oyun nizamı pozulan “Gənclərbirliyi” ardıcıl iki matçda məğlubiyyət acısı yaşadı. Qonaqlar isə əksinə sanki ideal oyun formasını nümayiş etdirir. Son üç matçda 7 xal toplayan “Başakşəhər” hesabat turunda da qələbə qazanmaq niyyətindədir. Heyətdə həll olunmayan çoxlu problemləri olan meydan sahiblərinin evdə xalsız qalacağını fikirləşirəm.
Şamaxı – İmişli 2X
Milli çempionatda qonşu pillələrdə qərarlaşan komandalar Şamaxıda qarşılaşır. Ayxan Abbasovun baş məşqçisi olduğu “Şamaxı” mövsümün sürprizi sayılacaq “İmişli”ni qəbul edəcək. Əcnəbi məşqçinin gəlişindən sonra dəyişən İmişli komandasının səfərdə uduzacağını gözləmirəm. Müdafiədə çox diqqətli olan qonaqların q ələbə/heç-heçəsinə mərc etməyi real hesab edirəm.
Qəbələ – Sumqayıt QOL/QOL
Premyer Liqaya qayıdan “Qəbələ”nin əsas məqsədi yüksək dəstədə yeri qorumaqdı. Çempionatda ardıcıl beş oyunda qələbəyə həsrət qalan region təmsilçisi nəhayət azarkeşlərin intizarına son qoymalıdı. Maraqlıdır ki, “Qəbələ” son 2 ildə gənclik şəhərinin təmsilçisinə qalib gəlməyib. Ona görə evdə ən yaxşı oyununu göstərməyə çalışacaq. Tərəflərin Qəbələdə məhsuldar bərabərliklə kifayətlənəcəyini düşünürəm.












