Sürpriz kupon – 07.11.2022
“Hatayspor” – “İstanbul Başakşəhər” – ÜST2.5
Autsayderlər qrupunda qərarlaşan “Hatayspor” cari mövsüm cəmi 3 qələbə qazanıb. “Başakşəhər” isə lider “Fənərbağça”dan 3 xal geri qalır. Qonaqların favorit olduğu görüşdə meydan sahiblərinin asan təslim olmayacağı dəqiqdir. Evdə “Beşiktaş”ı üstələyən “Hatayspor” daha sürprizi reallaşdıra bilər.
“Trofense” – “Benfika II” – ÜST2.5
İkinci liqada yarışan komandalar arasında ciddi fərq var. Qonaqlar liderdən 9 xal geri qalmaqla ilk üçlükdədir. “Trofence” isə ikinci liqanı tərk etmək təhlükəsi ilə üzləşib. “Benfika”nın ikinci komandası yüksək pillələrdə qalmaq üçün mütləq qələbə qazanmalıdı.
“Yonq Az Alkmar” – “Roda” – QOL/QOL
Niderland ikinci liqasında qonşu pillələrdə qərarlaşan klublar üz-üzə gələcək. “Roda” rəqibini 1 xal qabaqlayır. Qələbə sayı eyni olan komandaların duelində aşkar favorit görünmür. Son 2 görüşdən “Roda” 4 xal toplamağı bacarıb. Bu oyundan tərəflərin 1 xalla ayrılacağını düşünürəm.