Sürpriz kupon – 07.10.2025

Sürpriz kupon – 07.10.2025

Flitvud Taun – Lids Yunayted U-21 2

Kağız üzərində Flitvud favorit görünür. Amma qrupdan çıxmaq üçün Lids Yunaytedin gənclər komandasının bu son şansıdır. Odur ki, Lidsin qələbə qazanmaq üçün əlindən gələni edəcəyini ehtimal edirəm. Süpriz kuponda risk etməyə dəyər.

Asa Tırqu Mureş – Qloria Bistiritsa 3,5 ÜST

Tırqu Mureş aşkar favoritdir. Məncə onlar çətinlik çəkməyəcək. Üstəlik, bu görüşün meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatacağını ehtimal edirəm. Eyni zamanda Qlorianın da meydanı qol vurmadan tərk etməyəcəyi qənaətindəyəm. Bu məntiqlə oyunda azı 4 qolun vurulacağını düşünmək olar.

Selford Siti – Stokport Kaunti X

Qrupda ilk oyunda qələbə qazanan komandalar bu dəfə bir-biriləri ilə qarşılaşacaqlar. Əmsallar Stokpotu daha şanslı görür. Amma Selford sıradan rəqib deyil. Məncə bu oyunda qalib müəyyənləşməyəcək. Statistikaya baxsaq, Selford Stokportla evdə əsasən heç-heçə oynayır. Nəzərə alsaq ki, 1 xal hər iki komandaya sərf edir, oyunun bərabərliklə başa çatacağını ehtimal edə bilərik.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 07.10.2025

Növbəti yazı

Hemiltondan yeni rekord