Sürpriz kupon – 07.09.2024
İrlandiya – İngiltərə 2
Son Avropa çempionatının finalçısı olmuş İngiltərə özlüyündə yüksək bacarığının olmasını sübut edir. İrlandiya isə son dönəmlər zəif komandalardan sayılır. Doğma meydan amili də çətin ki, irlandlara kömək etsin. Bu görüşdə qonaqların qələbəsi daha inandırıcı görsənir.
Moldova – Malta 1
Rəqiblər sonuncu dəfə 2016-cı ildə yoldaşlıq oyununda üz-üzə gəlib və görüşdə tarazlıq pozulmayıb. Təbii ki, qarşıdakı matçın favoriti meydan sahibləridir. Son illərdə Moldova millisi ciddi şəkildə inkişaf edib və müntəzəm olaraq gözlənilməz nəticələrlə pərəstişkarlarını sevindirib. Ona görə də, ev sahibləri bu oyunda da qalib gəlməlidir.
Kordoba – Malaqa Cüt şans X2
Ev sahibləri mövsümə olduqca zəif başlayıb. Turnir cədvəlində sonuncu yerdədir. Qonaqlar isə müqayisədə daha yaxşı start götürüblər. Yəqinki istəkləri La liqaya qayıtmaqdır. Fikrimcə, bu görüşdən Malaqa xalsız ayrılmayacaq və ən azından Cüt şans X2 mərcinə güvənmək olar.