Sürpriz kupon – 07.04.2025

Sürpriz kupon – 07.04.2025

Araz Naxçıvan – Sumqayıt – cüt şans X2

Turnir cədvəli hər 2 komandaya müəyyən rahatlıq verir. Sumqayıt sonuncu pillədən 9 xal uzaqlaşıb. Araz Naxçıvan 3cü sırada möhkəm “oturub”. Kubokda Qarabağı 1:0 məğlub edən Naxçıvan təmsilçisi çempionatda ardıcıl 8 oyundur qələbə qazana bilmir. Sumqayıtla matçda məncə, heç-heçə ehtimalı daha çoxdur. Amma daha sığortalı X2 variantına üstünlük verirəm.

Lester – Nyukasl – QOL/QOL

Son 6 oyunda 1 qol belə vurmayan Lesterin bu oyunda azarkeşlərə sürpriz edəcəyinə inanıram. Premyer liqada qalmaq üçün qələbəyə böyük ehtiyacı olan Lesterin hücum futbolu oynamaqdan başqa yolu yoxdur. Nyukasl isə Çempionlar Liqasına birbaşa vəsiqə uğrunda mübarizə aparır. Qələbə onlar üçün də çox vacibdir. Belədə qarşılıqlı qollar daha real görünür.

Elçe – Rasinq Ferrol – 2,5 ALT

Sequndanın lideri Elçenin autsayder Rasinq Ferrolu “top atəşi”nə tutacağını gözləyənlər yəqin ki, az deyil. Amma mən ötənlərin statistikasına güvənirəm. Tərəflərin öz aralarındakı son 6 duelin hamısında 1:0 qeydə alınıb. 2,5 alt variantı sürpriz kimi görünsə də, təxminim belədir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 07.04.2025

Növbəti yazı

Pley-in cütlükləri bəlli oldu