Sürpriz kupon – 07.03.2025

Sürpriz kupon – 07.03.2025

Tuluza – Monako ÜST2.5

Lider PSJ-dən 15 xal geri düşən “Monako” Tuluzada qonaq olacaq. Ardıcıl iki səfər matçında inamlı qələbə qazanan “Tuluza” indi evdə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Fransa çempionatının ən çox fərqlənən komandalarından biri olan “Monako” bu dəfə də diqqətdə olacaq. Qonaqların ifasında “qol yağışı”nın olacağını təxmin etmək çətin deyil.

Daugavpils – Tukums QOL/QOL

Latviya liqasında ilk turun oyunları keçirilir. Yoldaşlıq görüşlərində yaxşı təsir bağışlamayan meydan sahibləri artıq rəsmi matçlarda xal toplamağa səy göstərəcək. Açılış turu olduğu üçün tərəflərin risk etməyəcəyi aydındı. Ona görə qol/qol seçiminə pul qoyuluşu etməyi təklif edirəm.

Liepaja – Metta ÜST2.5

Mövsümə yaxşı hazırlaşan iki komandanın duelinə mərc etmək təklif olunur. Qonaqlar 3 yeni futbolçuyla demək olar heyətə yeni nəfəs cəlb etdi. “Liepaja” isə yoxlama matçlarının hamısında meydanı qolsuz tərk etmədi, üç oyunda qələbəyə sevindi. Fikrimcə ÜST2.5 seçimi daha real görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 07.03.2025

Növbəti yazı

“Fənərbaxça” evdə məğlub oldu